Köçəryan aradan çıxıb

Ermənistanda Nikol Paşinyan hökuməti ilə Eçmiədzin kilsəsi arasında qarşıdurmanın artdığı bir vaxtda revanşist müxalifətin lideri, sabiq prezident Robert Köçəryan ölkəni tərk edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Ölkədə repressiyaların tüğyan etdiyi bu gərgin dövrdə erməni kilsəsi hücuma məruz qalır, keşişlər, tanınmış iş adamları və müxalifət nümayəndələri saxlanılır, müxalifət düşərgələrindən birinin lideri Robert Köçəryan isə Ermənistanda deyil.
Bizə onun Yunanıstanda, Egey dənizində istirahətdə olduğunu və komandası ilə onlayn əlaqə saxladığını dedilər. “Ermənistan” blokunun üzvləri, bir qayda olaraq, bu cür suallara cavab verməkdən imtina edirlər, Baqrat Mikoyan isə yalnız özünün üstünlük verdiyi media orqanları ilə əlaqə saxlayır.
Köçəryanın qohumlarından biri bizə yalnız onun ölkədə olmadığını təsdiqləyib”,-deyə adıçəkilən nəşr qeyd edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”