Bakıda yeni hərəkət zolağı yaradılıb

Bakıda yeni hərəkət zolağı yaradılıb

Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni hərəkət zolağı yaradılıb.

Bu barədə “Cebheinfo.az”a AYNA-dan bildirilib.

"Tələbata uyğun olaraq bu kəsişmədə sola dönən nəqliyyat vasitələri üçün əlavə 1 hərəkət zolağı artırdıq", - məlumatda deyilir.

“Cebheinfo.az”