Rusiyadakı azərbaycanlılara pensiya QADAĞASI

Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan Dövlət Dumasının deputatları partiyanın lideri Leonid Slutski ilə birlikdə Nazirlər Kabinetinə qanun layihəsi göndəriblər.
Sənəddə müvafiq əlavə ödənişlər nəzərə alınmaqla, miqrantlar üçün yaşa görə sosial pensiyanın ləğvi təklif edilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sənəddə qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, bu hüquq Rusiya Federasiyasında ən azı 15 il daimi yaşayan və yaşayış icazəsi olan (70 yaşına çatmış kişilər və 65 yaşına çatmış qadınlar) xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün də var. Bundan əlavə, Rusiya qanunvericiliyi pensiyaya federal və regional əlavə ödənişləri nəzərdə tutur.
İzahat qeydində deyilir ki, Rusiyada orta təyin olunmuş pensiyanın orta əmək haqqına nisbəti təxminən 28% təşkil edir, yəni pensiya əmək haqqının üçdə birindən az hissəsinin kompensasiyasına imkan verir. “Təşəbbüsün müəllifləri hesab edirlər ki, belə bir tədbir pensiya sistemini əsassız sosial öhdəliklərdən qorumağa və büdcə yükünü azaltmağa kömək edəcək”, - “RİA Novosti” yazır.
Xəzər
“Cebheinfo.az”