“Mançester Siti”dən 70 milyonluq transfer

“Mançester Siti” yeni transfer etməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Şəhərlilər” “Milan”dan Teyani Reyndersin keçidi üçün razılaşıblar. İngiltərə klubu bu transfer üçün 70 milyon avro ödəyəcək.
Artıq tərəflər bütün detallar üzrə razılaşıblar. Yaxında transfer rəsmən açıqlanacaq.
Qeyd edək ki, Reynders ötən mövsüm “Milan”ın heyətində 54 oyuna çıxıb, 15 qol vurub və 5 qolun ötürməsini verib.
"Cebheinfo.az"