Şahbaz Şərifin "YouTube" kanalı bloklandı

Şahbaz Şərifin "YouTube" kanalı bloklandı

Hindistan hakimiyyəti Pakistanın baş naziri Şahbaz Şərifin YouTube kanalına girişi bağlayıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, səhifəni açmağa çalışarkən bu xəbərdarlkıq peyda olur: "Bu video milli təhlükəsizlik və ya ictimai asayişlə bağlı hökumət sifarişləri ucbatından ölkənizdə əlçatan deyil".

Bundan əvvəl Hindistan hakimiyyəti Pakistan hökuməti, müdafiə nazirinin X hesabına və Pakistanın 16 TV-nin YouTube kanalına sanksiya qoyub.

Bu, aprelin 22-də Pahalqamda (Cammu və Kəşmir) baş verən terror aktından sonra baş verib.

"Dawn News", "Samaa TV", "Ary News", "Geo News" daxil olmaqla, bloklanan kanalların ümumi auditoriyası 63 milyon nəfəri əhatə edir.

"Cebheinfo.az"