Olimpiya mükafatçısı bir ildə iki dəfə həbs olundu

Olimpiya mükafatçısı bir ildə iki dəfə həbs olundu

100 metr məsafəyə qaçışda Paris-2024 Olimpiadasının ikiqat mükafatçısı yüngül atlet Fred Körli Mayamidə hücuma görə həbs edilib.

Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı amerikalı atletika əfsanəsi Maykl Consonun başlatdığı yeni yarış olan "Grand Slam Track"də iştirak edən idmançılar üçün rəsmi hoteldə baş vermiş insidentdən sonra saxlanılıb.

Körli bu ilin yanvarında da Mayamidə polislə şiddətli qarşıdurmadan sonra həbs edilmişdi.

Yanvar ayında başqa bir hadisədə isə o, uşaqlarının anasına qarşı məişət zorakılığı törətməkdə günahlandırılmışdı.

İdmançı hər iki halda özünü təqsirli bilməmişdi.

"Cebheinfo.az"