Qana Prezidentindən xeyirxah addım

Afrika qitəsinin qərbində yerləşən Qanada sağlamlıq problemlərinin həllinə diqqət çəkmək istəyən Qana Prezidenti Con Dramani Mahamanın maaş jesti səs-küy yaradıb.
"Cebheinfo.az" xəbər verir ki, Qanada "MahamaCares" fondunu gücləndirmək üçün hərəkat başlayıb.
Qana Prezidenti Con Dramani Mahama paytaxt Akkrada “MahamaCares” kimi tanınan Qana Tibbi Güvən Fondunun açılış mərasimində çıxış edib.
Prezident Mahama ölkəsindəki xroniki xəstəliklərlə mübarizəyə dəstək olaraq 6 aylıq maaşını səhiyyə sektoruna bağışladığını açıqlayıb.
Mahama 6 aylıq maaşını ölkədə xroniki xəstəliklərlə mübarizəyə dəstək məqsədilə yaradılan Qana Medical Trust Fonduna bağışlayacağını bildirərək, korporativ şirkətləri və iş dünyasını fonda dəstək olmağa dəvət edib.
“MahamaCares” proqramının təkcə hökumətin deyil, həm də hər bir vətəndaşın məsuliyyəti olduğunu bildirən Mahama, “Bu fonddan faydalanacaqlar təkcə bizim vətəndaşlarımız deyil, müştəriləriniz, işçiləriniz və hətta sevdiklərinizdir” deyib.
Mahama həmçinin banklara, mədən şirkətlərinə və digər özəl sektor nümayəndələrinə korporativ sosial məsuliyyət büdcələrinin bir hissəsini fonda yönəltməyi təklif edib.
Ölkədə yeni yaradılmış “MahamaCares” adlı fond diabet, xərçəng, böyrək çatışmazlığı, insult və hipertoniyadan yaranan ağırlaşmalar kimi xroniki qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən qanalıların səhiyyə xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.
Yanvar ayında vəzifəsinin icrasına başlayan Prezident Mahama, Qana Tibbi Etibar Fondunu 2024-cü il seçkiləri zamanı verdiyi vədlərdən biri kimi ictimaiyyətə təqdim etmişdi.
Nigar
"Cebheinfo.az"