Təbriz Hava Limanı vuruldu - YENİLƏNDİ

Təbriz Hava Limanı vuruldu - YENİLƏNDİ

İsrail bu gün səhər saatlarında başda paytaxt Tehran olmaqla İranın nüvə obyektlərinə və müxtəlif kritik nöqtələrə hava zərbələri endirib.

"Cebheinfo.az" xəbər verir ki, hücumların hədəfi Təbriz, Kirmanşah, Xuzistan, İlam, İsfahan əyalətindəki Natanz Nüvə Müəssisəsi və bəzi digər ərazilər olub. Həmçinin Şərqi Azərbaycan əyalətindəki Təbriz Neft Emalı Zavodu ərazisi, şimal-qərb hava hücumundan müdafiə sistemləri, Təbrizdəki Şəhid Fəkuri Hərbi Hava Bazası, Kərəmələk-Dizelabad bölgəsi, Aşura Ordusu və Xasban Korpusu bölgəsi, Marağadakl müşahidə bazası İsrailin hədəf aldığı nöqtələr arasında ollub.

İranın Qum şəhərindəki Cəmkəran məscidinin günbəzində İsrailin hücumlarından sonra “intiqam” mənasını verən, ərəbcə “Hüseynin intiqamı” sözü yazılmış qırmızı bayraq qaldırılıb. İranlıların məscidə toplaşır.

13.32

Təbrizdə yeni partlayışlar baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Bildirilib ki, Təbriz Hava Limanı ətrafında partlayışlar baş verib.

Xəzər

"Cebheinfo.az"