Tehranda etirazlarla bağlı daha iki nəfər edam edilib
İranda son etiraz aksiyalarına rəhbərlik etməkdə ittiham olunan 2 nəfər edam olunub.
"Cebheinfo.az" xəbər verir ki, İran Məhkəmə Hakimiyyətinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Cavad Zəmani və Əbülfəzl Səadi barəsində çıxarılan edam hökmləri bu səhər icra olunub.
Məlumatda bildirilir ki, edam edilən şəxslər "etiraz aksiyalarına rəhbərlik etmək, odlu silahlardan istifadə edərək iğtişaş törətmək, dövlət və özəl əmlaka ziyan vurmaq, ictimai asayişi pozmaq və ölkənin təhlükəsizliyini təhdid etmək" ittihamları ilə mühakimə olunublar.
Nigar Hacılı
"Cebheinfo.az"

