Qondarma rejimin sonuncu rəhbəri də HƏBS EDİLİR

Qondarma rejimin sonuncu rəhbəri də HƏBS EDİLİR

Qarabağda ləğv edilmiş qondarma rejimin sonuncu rəhbəri Samvel Şahramanyan hazırda Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində dindirilir.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Şahramanyanın vəkili Roman Yeritsyan açıqlama verib. Samvel Şaxramanyan “Hərbi qulluqçunun səhlənkarlığı” və “Döyüş vasitələrini düşmənə vermə və ya buraxmaq” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilib.

Separatçı dəstənin keçmiş başçısı hazırkı iş çərçivəsində hələlik şahid kimi prosessual statusa malikdir.

Qeyd edək ki, cinayət işi hələ 2023-cü ildə açılıb və yalnız iki ildən sonra Samvel Şahramanyan ilk dəfə dindirilib. Cinayət işinin Samvel Babayanın İctimai Televiziyada verdiyi açıqlamalar əsasında başlanıldığı bildirilir.

Müşfiq Abdulla

“Cebheinfo.az”