PKK ilə bağlı kritik görüş: Kürdlərə 10 faiz verilir
ABŞ-nin Ankaradakı səfiri və Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak Ərbildə SDQ-nin lideri Mazlum Abdi və İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Prezidenti Neçirvan Barzani ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, Barrak görüş zamanı SDQ-dən terror təşkilatı PKK ilə əlaqələrini tamamilə kəsməsini, PKK üzvlərinin Suriyadan çıxarılmasını və SDQ-nin ilin sonunadək hərbi və inzibati baxımdan Dəməşq hakimiyyətinə inteqrasiyasını başa çatdırmasını tələb edib.
Görüşdə, həmçinin kürd bölgələrindəki neft yataqlarından əldə olunacaq gəlirlərin bölüşdürülməsi və kürdlərin alacağı payın çərçivəsi müzakirə olunub. Razılaşmaya əsasən, kürdlərin payı ilkin mərhələdə təxminən 10 faiz olacaq və hasilatın həcminə uyğun olaraq artırılacaq.
Tərəflər İraq Kürd Regional Rəhbərliyindən başlayaraq Suriyanın kürd bölgələri üzərindən Baniyas Refinery istiqamətinə uzanacaq yeni neft kəməri layihəsini də müzakirə ediblər.
Abdi isə görüşdən sonra "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək görüşün müsbət atmosferdə keçdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"

