Ən yaşlı insan çox yaşamasının sirrini bölüşdü

Ən yaşlı insan çox yaşamasının sirrini bölüşdü

İngiltərənin Surrey şəhərindən olan 115 yaşlı Ethel Katerham dünyanın ən yaşlı insanı olduqdan sonra sirrini açıb.

"Cebheinfo.az" xəbər verir ki, Braziliyada yaşayan rahibə İnah Canabarro Lukasın 116 yaşında vəfat etməsindən sonra bu titula yiyələnən Ethel Katerham yeni yaşını ad günü tortu ilə qeyd edib.

1910-cu ildə anadan olan Katerham uzun ömür sürməsinin sirrini maraqlandıranlara "Mən heç kimlə mübahisə etmirəm. Dinləyirəm və sonda istədiyimi edirəm" deyərək yumoristik cavab verib.

Ətrafdakılar da Katerhamın məsləhətinə gülərək cavab verdilər. Bir əsrdən çox həyatında bir çox dönüş nöqtələrinin şahidi olan Katerhamın iki qızı, üç nəvəsi və beş nəticəsi var.

115 illik həyatında 27 baş nazir görən Ethel Katerham yaşına baxmayaraq sağlam və şən xasiyyəti ilə ətrafdakıları ilhamlandırmağa davam edir, eyni zamanda sadə, lakin təsirli həyat fəlsəfəsi də diqqət çəkir.

Nigar Hacılı 
"Cebheinfo.az"