Ece İrtemin ölüm səbəbi məlum oldu

Ece İrtemin ölüm səbəbi məlum oldu

"Kızılcık Şerbeti" serialında canlandırdığı “Işıl” obrazı ilə tanınan aktrisa Ece İrtemin ölümü ilə bağlı yayılan “alkoqol” iddialarına onun anası vəkili vasitəsilə cavab verib. 

"Cebheinfo.az" xəbər verir ki, gənc aktrisanın ölümü ilə bağlı aparılan istintaq işi davam edərkən, vəkil Uğur Gökkoyun İrtemin anasının açıqlamalarını ictimaiyyətə çatdırıb.

Vəkil bildirib ki, Ece İrtemin həmin gün çəkilmiş kamera görüntüləri ilə bağlı müxtəlif şərhlər verilib və bu da məlumat qarışıqlığına səbəb olub: 

“Belə ki, Ece İrtem həmin gün doğum günü olmasına baxmayaraq mədə ağrısı və halsızlıq hiss etdiyinə görə dostları tərəfindən təşkil olunan şənliyə getmək istəməyib. Ece İrtem sonra anası ilə birlikdə Moda sahilində qısa gəzintiyə çıxıblar, sahilə yaxın bir məkanda isə iki soda içiblər. 

Ece İrtem mədə narahatlığı səbəbilə evə getmək istədiyini bildirərək bir müddət sonra oradan ayrılıb və məkandan təxminən 100 metr məsafədə yerləşən evlərinə qayıdıblar.

İçilən iki sodanın ödəniş qəbzi də anasında olub. Evə giriş anındakı hərəkətlərinin mədə ağrısı ilə bağlı olduğu, həkimə getmək istəmədiyi, hadisədən bir neçə gün əvvəl Tayland səfərində mədəsini soyuqlatdığını, dərhal yatmaq istədiyi, dincəlməyin ona yaxşı gələcəyini ifadə etdiyi bildirilmişdir”.

Gülər 
"Cebheinfo.az"