Villian London klubundan ayrılıb

Villian London klubundan ayrılıb

Braziliya millisinin sabiq futbolçusu Villian İngiltərənin "Fulhem" klubundan ayrılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onun bitən müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, 36 yaşlı vinger başa çatan mövsümdə London təmsilçisinin heyətində 12 matçda meydana çıxıb. 2022-2024-cü illər aralığında "Fulhem"də çıxış etmiş oyunçu cari ilin fevralında komandaya qayıtmışdı.

Villian 2011-2019-cu illər aralığında Braziliya yığmasının formasını geyinib və 2019-cu ildə Amerika Kubokunun sahibi olub.

"Cebheinfo.az"