Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məhkum Sahil Allahverdi oğlu Əliyevə tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman pendirin içərisində xüsusi üsulla gizlədilmiş 4 ədəd bükülüdə ümumi çəkisi 1,828 qram heroin və ümumi çəkisi 1,355 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", PX-dən bildirilib.

"Cebheinfo.az"