Bu ətlərdən ehtiyatlı olun

Rusiya mətbuatında əksini tapan xəbərlərə görə, bəzi rus ət istehsalçılarının məhsullarında zərərli və qadağan olunmuş maddələr aşkar edilib.
"Cebheinfo.az" xəbər verir ki, mənbələrin bildirdiyinə görə, “İndilayt” brendinin törəmə müəssisəsi olan “İnduşkin Dvor”un hinduşka ətində antibiotik monensin səviyyəsinin qanuni həddən artıq olduğu müəyyən edilib. Bundan əlavə, "Vladimir Standard" brendinin məhsullarında qida istifadəsinə icazə verilməyən iltihab əleyhinə dərman olan diklofenakın izləri aşkar edilib.
"Telegram"-da yayımlanan “Shot” kanalında yayılan xəbərə görə, “Sochinskiy Meat Kombinatı”nın südlü kolbasalarında zülal strukturunu dəyişdirərək xərcləri azaldan və immun sistemini zədələyə bilən transqlutaminazın (ictimaiyyət arasında “ət yapışqanı” kimi tanınır) istifadə edildiyi üzə çıxıb. Bu ferment Rusiyada qadağandır, çünki bağırsaq keçiriciliyini poza bilər və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bundan başqa, “Voljanin” firmasının istehsal etdiyi toyuq şnitzelində zəhərli bakteriya olan salmonella aşkar edilib. Bu bakteriya qızdırma, ishal və zəhərlənmə əlamətləri ilə ciddi xəstəliklərə səbəb ola bilər.
Xatırladaq ki, əvvəllər Rospotrebnadzor “Velikolukski ət kombinatı” şirkətinin istehsalında oxşar problemlər aşkar etmişdi. Şirkət dəfələrlə, o cümlədən uşaqlar üçün istehsal olunan kolbasalara görə sanksiyalara məruz qalmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"