Havada dəhşətli anlar

Berlindən Milana uçan Ryanair təyyarəsi çərşənbə günü gecə Almaniyanın cənubunda güclü fırtına nəticəsində yaranan turbulentliyə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, Havada baş verən hadisə zamanı ikisi uşaq olmaqla 9 nəfər yaralanıb. Təyyarə Almaniyada məcburi eniş etmək məcburiyyətində qalıb. Bavariya polisi təyyarənin Münhendən təxminən 115 kilometr qərbdə yerləşən Memmingen hava limanına təhlükəsiz eniş etdiyini açıqlayıb.
Xəsarət alanlar arasında başından zərbə alan qadın, bədənində göyərmə izləri olan iki yaşlı uşaq və bel ağrısından şikayət edən 59 yaşlı qadın da var. Üç nəfər xəstəxanaya aparılıb. Digər sərnişinlərə hadisə yerində tibbi yardım göstərilib. Ryanair bugün verdiyi açıqlamada kapitanın enişdən əvvəl tibbi yardım istədiyini söylədi. Sərnişinlər üçün alternativ reys təşkil edildiyini və qəzaya görə üzr istənildiyini bildirib. Polis çərşənbə günü axşam verdiyi açıqlamada aviaşirkətin Milana avtobus transferi təşkil etdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"