Şəhriyardan Oksana ilə bağlı suala REAKSİYA

Aparıcı Şəhriyar Əbilov keçmiş həyat yoldaşı Oksana Rəsulova ilə bağlı sualları cavabsız qoyub.
"Cebheinfo.az" xəbər verir ki, "Xəbərin var?" verilişində qonaq olan Şəhriyara aparıcı isa şükürov Oksana ilə bağlı sual ünvanlayıb.
Əbilov "Bu mövzunu heç vaxt qaldırmıram. Oksana mənim uşağımın anasıdır. Övladımıza bu hissi yaşadırıq. Daxili mətbəxdir. Əsas odur ki, Osman ikimizi də çox istəyir" deyə, cavab verib.
Qeyd edək ki, Oksana və Şəhriyar ailəli olub və ayrılıb. Onların Osman adlı bir övladı var./Axşam.az
"Cebheinfo.az"