İsrail İranın aerodrom və təyyarələrini MƏHV ETDİ - VİDEO

İsrail İranın aerodrom və təyyarələrini MƏHV ETDİ - VİDEO

İsrail Müdafiə Qüvvələri İranın qərbi, şərqi və mərkəzi hissəsindəki altı aerodroma zərbə endirib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

“İran üzərində hava üstünlüyünü gücləndirmək səyləri çərçivəsində İsrail Müdafiə Qüvvələri İranın qərbi, şərqi və mərkəzi hissəsində İran rejiminin altı aerodromuna hücum edib. Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı qurğulara və yanacaq dolduran təyyarəyə ziyan vurub. Pilotsuz uçuş aparatları İran rejiminin 15 döyüş təyyarəsini və helikopterini məhv edib”, - deyə məlumatda bildirilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”