ABŞ Ukraynaya göndəriləcək qoşunlara dəstək verməyəcək

ABŞ administrasiyası Böyük Britaniya və Fransanın Ukraynaya sülhməramlılar göndərmək planlarına havadan dəstək verməyəcəyini rəsmən açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, "Bloomberg"-in əldə etdiyi məlumata görə, Avropa rəsmiləri amerikalı həmkarları ilə danışıqlarda Prezident Donald Trampın atəşkəs razılaşmasının mümkün pozulmasının qarşısını almaq üçün tələb olunan hərbi təminatları verməyəcəyini öyrəniblər.
Böyük Britaniyanın Baş naziri Keir Starmerin tələb etdiyi “ABŞ-nin çəkindirici dəstəyinə” cavab verilmədikdən sonra avropalı müttəfiqlər planlarına yenidən baxmağa məcbur oldular.
Yeni qiymətləndirməyə görə, Ukrayna ordusu ilə yanaşı, NATO-nun şərq cinahındakı Avropa qoşunlarının, təlim keçmiş müttəfiq qüvvələrinin və Qara dənizdə dəniz patrullarının artırılması kifayət edəcək.
Nigar Hacılı
"Cebheinfo.az"