“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

İngiltərənin “Arsenal” klubu braziliyalı futbolçusu Qabriel Maqalyaynsla yeni müqavilə imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ildə Fransanın “Lill” klubundan “Arsenal”a transfer olunub. O, “Topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.
"Cebheinfo.az"