Ermənistan ordusunun əsgərini ildırım vurub

Ermənistan ordusunun əsgərini ildırım vurub

Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13:00 radələrində baş verib.

Hadisənin başvermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.

"Cebheinfo.az"