2000 qallon dizel yanacağı dənizə sızıb

2000 qallon dizel yanacağı dənizə sızıb

ABŞ-nin Baltimor şəhərində bir xəstəxanada generator çənlərinin həddən artıq dolması nəticəsində liman ərazisində 2000 qallon dizel yanacağı dənizə tökülüb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Merilend ştatının Baltimor şəhərindəki xəstəxanada generator çənlərinin həddən artıq dolması nəticəsində 2000 qallon dizel yanacağının dənizə sızdığı bildirilib.

Qeyd olunub ki, yanacağın daha geniş əraziyə yayılmasının qarşısını almaq üçün limanda dənizə maneələr qoyulub.

Təmizləmə işində yerli və federal səviyyədən 100-dən çox işçinin iştirak etdiyi paylaşıldı.

Nigar Hacılı 
"Cebheinfo.az"