"İnter"i yeni mövsümdən sabiq futbolçusu çalışdıracaq

"İnter"in yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Milan təmsilçisini yeni mövsümdən Kristian Kivu çalışdıracaq. "İnter" rumıniyalı mütəxəssislə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2007-2014-cü illərdə futbolçu olaraq "İnter"də çıxış etmiş 44 yaşlı mütəxəssisin son iş yeri "Parma" klubu olub.
"Cebheinfo.az"