Tom Kruz buna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü - VİDEO

Tom Kruz buna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü - VİDEO

Hollivud ulduzu Tom Kruz yanan paraşütlə ən çox tullanan şəxs kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bir gün əvvəl “Paramount Pictures”in rəsmi kanalında 63 yaşlı Tom Kruzun “Qeyri-mümkün missiya: Final hesab” filminin çəkiliş meydançasında yanan paraşütlə 16 tullanış etməsini əks etdirən video yayımlanıb. Uçuş zamanı aktyor kameranın düzgün mövqeyinə və paraşütün fırlanmamasına da nəzarət edib.

Qeyd edək ki, sözügedən filmin ötən həftədən nümayişinə başlanılıb və artıq dünya üzrə 360 milyon dollar gəlir əldə edərək, 200 milyon dollarlıq debütlə franşizanın rekordunu qırıb.

"Cebheinfo.az"