Bu məlumatların naməlum şəxslərə verilməsi risk yaradır

Bu məlumatların naməlum şəxslərə verilməsi risk yaradır

İyunun 5-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, oğurlanmış məbləğlər arasında 2200, 1950, 1050, 940, 580, 300, 252, 226, 202, 200, 200, 128, 101 və 65 manat kimi rəqəmlər qeydə alınıb.

Nazirliki vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırıb: “Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz. Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun, SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın, heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın”.

"Cebheinfo.az"