ABŞ-dən Səudiyyə Ərəbistanına sirli təyyarə göndərilib

ABŞ-dən Səudiyyə Ərəbistanına sirli təyyarə göndərilib

ABŞ, İran sərhədinə yaxın yerləşən Səudiyyə Ərəbistanına dünyanın ən iri hərbi nəqliyyat təyyarələrindən biri olan C-5M “Super Galaxy”ni göndərib.

"Cebheinfo.az" xəbər verir ki, nəhəng kargo təyyarəsi İtaliyanın Aviano Hava Bazasından havalanaraq Səudiyyə Ərəbistanına çatıb.

Bu addım Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.ABŞ Müdafiə Nazirliyi bölgədə İran və İsrail arasında artan gərginlik fonunda müdafiə tədbirlərini artırdığını açıqlayıb.

Səudiyyə Ərəbistanına yalnız C-5M “Super Galaxy” deyil, eyni zamanda “F-16”, “F-22”, “F-35” döyüş və tanker təyyarələri də göndərilib. 

"Reuters"-in məlumatına görə, bu yerləşdirmələr “tamamilə müdafiə xarakterlidir” və bölgədəki ABŞ qüvvələrinin və müttəfiqlərinin qorunmasına xidmət edir.

C-5M “Super Galaxy” ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük strateji nəqliyyat təyyarələrindən biridir.Bu nəhəng hava vasitəsi zirehli texnikalar, ağır silah sistemləri və digər böyük hərbi avadanlıqları daşımaq imkanına malikdir.

ABŞ iranla müharibəyə hazırlaşır?

ABŞ-nin bu hərəkəti, İranın mümkün hərbi addımlarına qarşı qabaqlayıcı hazırlıq kimi qiymətləndirilir.Vaşinqtonun bölgədə hava üstünlüyünü və sürətli müdaxilə qabiliyyətini artırmaq istədiyi bildirilir.

Eyni zamanda ABŞ rəhbərliyi, İran və onun regiondakı silahlı qrupları tərəfindən yarana biləcək təhdidlərə qarşı tez və effektiv şəkildə cavab vermək, regionda caydırıcı gücünü nümayiş etdirmək niyyətindədir.

Səbinə Uğur 
"Cebheinfo.az"