İspaniya NATO-nun tələbini rədd etdi

Avropada silahlanmanın sürətləndiyi bir vaxtda İspaniyanın Baş naziri Pedro Sançes NATO-nun müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq tələbinə qarşı çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, Sançes gələn həftə Niderlandın Haaqa şəhərində keçiriləcək NATO sammiti öncəsi gərginlik yaratmaq istəmədiyini bildirib.
Bununla belə, İspaniyanın Baş naziri tələbin məcburi olmaqdan çıxarılmasını və ya İspaniyanın bu öhdəlikdən azad edilməsini təklif edib.
Nigar Hacılı
"Cebheinfo.az"