Paşinyan Ərdoğanla görüşdən RAZI GÖRÜNÜR

"Biz Türkiyə ilə münasibətləri sıfır nöqtəsindən başlatmışıq. Bundan sonra yeni münasibətlər qurmaq imkanı əldə etmişik".
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə erməni icmasının nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, münasibətlərin indiki mərhələsi faktiki olaraq 2022-ci il Praqa görüşündə qoyulub:
"Ondan sonra faktiki olaraq xüsusi nümayəndələr məsələsi gündəmə gəldi, xarici işlər nazirləri səviyyəsində təmas başladı".
O bildirib ki, bundan sonra münasibətlər dövlətlərarası səviyyədə yaradılmalıdır.
Xəzər
"Cebheinfo.az"