Rusiyada kilometrlərlə növbə yaranıb
Ukraynanın Rusiyanın neft emalı zavodlarına son dron hücumlarından sonra ölkədə yanacaq qıtlığı dərinləşir.
"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın İvanovsk bölgəsində qeydə alınan görüntülərdə yanacaqdoldurma məntəqələrinə çatmağa çalışan nəqliyyat vasitələrinin kilometrlərlə uzanan növbələr yaratdığı görünür.
Sürücülərin uzun müddət gözləməli olduqları anlar mobil telefon kameralarına çəkilib. Son aylarda Ukraynanın Rusiya neft emalı zavodlarına, neft anbarlarına və enerji infrastrukturuna dron hücumlarının artması ölkənin yanacaq təchizatına mənfi təsir göstərib. Artan təzyiqdən sonra bəzi bölgələrdə yanacaq təchizatında fasilələr olduğu bildirilib.
Mütəxəssislər enerji obyektlərinə edilən hücumların Rusiyanın müharibə iqtisadiyyatına təzyiqi artırdığını və İvanovskdakı nəqliyyat vasitələrinin uzun növbələrinin yanacaq böhranının özünü yerində göstərməsinin ən son nümunələrindən biri hesab edildiyini qeyd edirlər.
Nigar
"Cebheinfo.az"

