Daha bir ölkə SİLKƏLƏNDİ
Filippinin cənubundakı Mindanao adası yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar eyni bölgədə 80-dən çox insanın həyatını itirdiyi böyük fəlakətdən üç həftə keçməmiş qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Xidmətinin açıqlamasına görə, cümə günü Filippinin cənub sahillərində 6,5 bal gücündə zəlzələ meydana gəlib.
Bugünkü zəlzələ eyni bölgədə 80-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən üç həftədən də az müddət sonra baş verib.
USGS-nin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 19:42-də (Bakı vaxtı ilə 15:42) Mindanao adasındakı Sarangani qəsəbəsindən təxminən 21 kilometr cənub-qərbdə, 65,7 kilometr dərinlikdə qeydə alınıb.
Nigar Hacılı
"Cebheinfo.az"

