Avropa Parlamentindən Türkiyəyə ZƏRBƏ

Avropa Parlamentindən Türkiyəyə ZƏRBƏ

Avropa Parlamentinin (AP) Baş Assambleyasında 2026-cı ilin iyul ayında Kiprlə bağlı qəbul edilən qərarda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) adadan dərhal və tam şəkildə çıxarılması tələb olunub, həmçinin TSQ-nun adadakı mövcudluğu "qanunsuz" kimi qiymətləndirilib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, qərarın diqqət çəkən və etiraz doğuran əsas məqamları bunlardır:

*TSQ-nun adadan çıxarılması tələbi:

Qərarda Türkiyənin Kiprin şimalındakı hərbi mövcudluğunun qanunsuz olduğu iddia edilərək, Türkiyə Silahlı Qüvvələrinin adadan çıxarılmasının zəruriliyi vurğulanıb.

*Hüquq pozuntuları ilə bağlı iddialar:

Mətndə həmçinin, keçmiş hərbi əməliyyatlar və sonrakı dövrdə qadın və uşaqların hüquqlarının pozulduğu iddialarına toxunulub, Türkiyənin beynəlxalq hüquq çərçivəsində zərərçəkənlərə təzminat ödəməli olduğu irəli sürülüb.

*Səsvermənin nəticəsi:

Qərar Avropa Parlamentində keçirilən səsvermədə 575 lehinə, 33 əleyhinə və 43 bitərəf səslə qəbul edilib.

Gülər 
"Cebheinfo.az"