Ərdoğanın liderlərin xanımlarına hədiyyəsi gündəm oldu: Səhnədə isə o vardı - FOTOLAR

Ərdoğanın liderlərin xanımlarına hədiyyəsi gündəm oldu:  Səhnədə isə o vardı - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın NATO Liderlər Zirvəsində iştirak edən liderlərin həyat yoldaşları üçün təşkil etdiyi qəbuldan yeni görüntülər ortaya çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, Əminə Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində liderlərin həyat yoldaşlarını qəbul edib. Proqramda, həmçinin məşhur müğənni Ajda Pekkanın mini-konserti də yer alıb.

Superulduz Ajda Pekkanın tədbirdəki çıxışı böyük diqqət çəksə də, Çexiya Baş nazirinin həyat yoldaşı Monika Babişovanın sosial mediada paylaşdığı görüntülər qəbulla bağlı yeni detalları ortaya çıxarıb.

Video daha maraqla izlənilib. Məlum olub ki, qonaqlara üzərinə adının və soyadının baş hərfləri həkk olunmuş fərdiləşdirilmiş desert təqdim edilib.

Videoda qonaqlara təqdim edilən desertdə Monika Babişovanın adını və soyadını təmsil edən "MB" baş hərfləri olan bəzəyinin olduğu görünür. Fərdi təqdimat tədbirin ən diqqətçəkən detallarından biri olub. 

Xəzər
“Cebheinfo.az”