Ermənistan Rusiyaya alternativ bazar tapıb
“Ermənistan meyvələri artıq 15 ölkəyə, tərəvəzlər 8 ölkəyə, çiçəklər isə 25 ölkəyə ixrac olunur”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan belə deyib.
İqtisadiyyat naziri bildirib ki, iyun ayında Ermənistandan 784 ton bibər, 200 ton pomidor, 109 ton çiyələk, 1400 ton albalı, təxminən 3000 ton ərik (iyulun ilk həftəsinin sonuna qədər bu həcm 5450 tona çatıb), eləcə də 1,5 milyon litr mineral su və 230 min litr şərab ixrac edilib.
Eyni zamanda, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas bazar olaraq qalır və ixracın 90 faizdən çoxunu təşkil edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

