Bayraktar: “İlham Əliyevə bu məlumatı verdim”
Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi.
“Cebheinfo.az” xəbər veir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “X” hesabında paylaşım edib.
“Görüş zamanı “Baykar Texnoloji”nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə cənab Prezidentə məlumat vermək şərəfinə nail oldum. Səmimi və yüksək qonaqpərvərliyinə görə dərin təşəkkürümü bildirirəm. Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun”, - deyə Bayraktar qeyd edib.
“Cebheinfo.az”

