Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyənləşir.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu alınır.
“Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişikliyə görə, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"Cebheinfo.az"

