Baş nazirdən Qəzza açıqlaması: "Vəhşiliyə...”

Baş nazirdən Qəzza açıqlaması: "Vəhşiliyə...”

İspaniyanın Baş naziri Pedro Sançez “Qəzzada insanlıq, həmrəylik və ədalət naminə vəhşiliyə son qoyulmalıdır” çağırışı edib.

"Cebheinfo.az" xəbər verir ki, Melilla şəhərindəki xəstəxananın açılışında çıxış edən Sançez İsrailin Qəzzada davam edən hücumlarını pisləyib.

İsrailin hücumuna məruz qalan Qəzza zolağının şimalındakı son xəstəxananın bir ovuc peşəkarın cəsarəti sayəsində fəaliyyətini davam etdirdiyini xatırladan Sançez, "Yüzlərlə həkim və tibb bacısı xəstələrini geridə qoymadığı üçün Qəzzada həyatını itirdi" deyib.

İspaniya və Fələstinin eyni dənizin (Aralıq dənizi) sahillərini paylaşdığını vurğulayan İspaniyanın Baş naziri Fələstində insan ləyaqəti və sülh üçün beynəlxalq həmrəylik mesajı verib.

Fələstinli səhiyyə işçilərinin xilas etməyə çalışdıqları mülki vətəndaşları qucaqlayarkən öldüyünə diqqət çəkən Sançez, Papa XIV Leo-nun keçən həftə verdiyi açıqlamalara toxunaraq, "Qəzzada insanlıq, həmrəylik və ədalət üçün vəhşiliyə son qoyulmalıdır" deyib.

Papa XIV Leo “Bu vəhşiliyə insanlıq, dürüstlük və ədalət üçün son qoyulmalıdır” çağırışı etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"