Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər.

Bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti əsir, girov və itkin düşmüş şəxslərlə bağlı Ermənistan və Azərbaycan komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb.

"Bəli, görüş baş tutub. Bu, ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm. Mən vaxt çərçivəsini deməyəcəyəm, lakin birgə əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı ilkin razılıq var", - Abazyan bildirib.

Xatırladaq ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədilə Ermənistan və Azərbaycan komissiyalarının əvvəlki iclası fevralın 7-də baş tutub.

***

10:08

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.

Oxu.Az-ın məlumatına görə, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

"Cebheinfo.az"