Hikmət Hacıyev: “Ermənistanla razılaşdırılmayan məsələlər var” – VİDEO

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu və Cənubi Qafqazda sülh üçün münbit şərait yaranıb. Yeni status-kvo işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, qanuniliyə əsaslanan münasibətlərdir. Ermənistanla sülh müqaviləsinin mətni rəsmi Bakı tərəfindən İrəvana təqdim olunub. Bu, ölkəmizin sülhə nə qədər sadiq olduğunun bariz təcəssümüdür. Müsbət məqam odur ki, sülh sazişinin mətni razılaşdırılıb. Lakin Ermənistanla razılaşdırılmayan açıq məsələlər qalır.
Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Yalnız onda regionda davamlı, qəti sülhə nail ola bilərik. Azərbaycan və Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana regionda sülh üçün münbit şərait var. Sülhün hüquqi çərçivəyə salınması üçün Azərbaycan üzərinə düşənləri yerinə yetirəcək”.
https://t.me/telegrafmedia/16913
"Cebheinfo.az"