Niger çayında bərə faciəsi - 37 ölü

Niger çayında bərə faciəsi - 37 ölü

Nigeriyanın cənub-qərbində Niger çayında bərənin qəzaya uğrayıb, azı 37 nəfər həlak olub.

Bu barədə “Cable” xəbər portalı məlumat yayıb.

İlkin məlumatlara görə, faciəyə səbəb qayğın həddindən artıq yüklənməsi olub. Qəza yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Səlahiyyətlilər hələlik hadisə zamanı bərədə nə qədər adamın olduğunu dəqiqləşdirməyiblər.

"Cebheinfo.az"