G7 liderləri Trampın Ukraynada sülh təşəbbüsünü dəstəklədilər

G7 liderləri Trampın Ukraynada sülh təşəbbüsünü dəstəklədilər

"Böyük Yeddilik" (G7) ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atdığı addımları dəstəklədiklərini bəyan ediblər.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə G7 sammitinə sədrlik edən Kanadanın Baş naziri Mark Karninin çərşənbə axşamı yaydığı bəyanatda qeyd olunub.

Eyni zamanda, sənəddə G7 liderlərinin Rusiyaya qarşı təzyiqləri artırmaq niyyətində olduqları da qeyd olunub. Bu çərçivədə Moskvanın maliyyə sisteminə əlavə sanksiyaların tətbiqi məsələsi də gündəmdədir.

"Cebheinfo.az"