Ozan Akbaba Firudin Cəlilovla GÖRÜŞÜB

Ozan Akbaba Firudin Cəlilovla GÖRÜŞÜB

Tətil üçün ailəsi ilə birlikdə Azərbayca gələn məşhur türk aktyoru Ozan Akbaba səfər müddətində bir sıra görüşlər keçirib.

“Cebheinfo. az” xəbər verir ki, Türk tarixi ilə də maraqlanan aktyor məhz bu məqsədlə keçmiş təhsil naziri, professor Firudin Cəlilovla görüşüb.

Qeyd edək ki,  Ozan Akbaba bir müsahibəsində "mən Azərbaycan türkü deyiləm, Qarapapaq türküyəm" deyib.

Bu baxımdan həmin görüş təsadüfi deyil. Çünki Firudin Cəlilov türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazıb, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunub. 

Nigar
“Cebheinfo.az”