Tramp: "ABŞ İranın hava məkanına tam nəzarət edir"

ABŞ İran üzərində səmaya tam nəzarət edir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.
“İranın çox sayda yaxşı izləmə sistemləri və digər müdafiə avadanlıqları var idi. Lakin onlar ABŞ-da hazırlanan sistemlərlə müqayisə oluna bilməz. Heç kim bunu ABŞ-dan yaxşı bacarmır”, - deyə Tramp bildirib.
Birləşmiş Ştatların dövlət başçısının sözlərinə görə, Vaşinqton sadəcə atəşkəs deyil, münaqişənin həqiqətən sona çatmasını istəyir. Pentaqonun İranın Ali lideri Ayətullah Əli Xameneinin harada gizləndiyini bildiyini deyən Donald Tramp onu “asan hədəf” adlandırıb və İranı “qeyd-şərtsiz təslim olmağa” çağırıb.
O, İranın amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə ABŞ-ın buna cavab verəcəyini vurğulayıb.
Bazar günü “ABC News” telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı əməliyyatda iştirak etmədiyini deyən Ağ evin rəhbəri gələcəkdə bu ehtimalı da istisna etməyib.
"Cebheinfo.az"