Lerikdə 4 tondan çox çətənə kolu məhv edilib

Lerikdə 4 tondan çox çətənə kolu məhv edilib

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi çəkisi 4100 kiloqram olan 15261 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

"Cebheinfo.az"