Türkiyənin müdafiə naziri İranla sərhədə GETDİ: Sərhəddən AÇIQLAMALAR

Türkiyənin müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi və Quru Qoşunları komandanının müşayiəti ilə İranla sərhəddə yerləşən hərbi hissələrə baxış keçirib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu məqsədlə Van vilayətinə səfər edib.
Türkiyə mətbuatının məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi sərhəd infrastrukturuna baxış keçirib, təhlükəsizliyin gücləndirilməsi və qeyri-qanuni miqrasiya ilə mübarizə məsələlərini müzakirə edib.
***
* Hal-hazırda qonşumuz İranda yaşanan son hadisələr səbəbindən təhlükəsizlik tədbirləri artırılıb;
*Ən yüksək səviyyədə müdafiə tədbirlərinə hazırıq;
Xəzər
“Cebheinfo.az”