İranda silsilə terrorun qarşısı alınıb

İranda silsilə terrorun qarşısı alınıb

İranın hüquq-mühafizə orqanları Tehranın cənubunda yerləşən Rey şəhərində bir qrup naməlum şəxs tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıb.

“Cebheinfo.az” bu barədə “Mehr”-ə istinadən xəbər verir.

Qeyd olunur ki, polis İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əlaqəsi olduğu iddia edilən qrupa qarşı mübarizə aparırdı. Agentliyin qeyd etdiyi kimi, uğurlu əməliyyat zamanı bütün təhlükələr aradan qaldırılıb.

Xəzər
“Cebheinfo.az”