İstanbul danışıqlarını müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Bu haqda TASS məlumat yayıb.
Onlar Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçirilən birbaşa danışıqların ikinci raundunun nəticələrini müzakirə ediblər:
“Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar, həmçinin dünən İstanbulda baş tutan danışıqların nəticələri müzakirə edilib”.
"Cebheinfo.az"