Maskın sevgilisindən Trampa mesaj: “Ayrılıqla bağlı məsləhətinə ehtiyacınız varsa...”

Maskın sevgilisindən Trampa mesaj: “Ayrılıqla bağlı məsləhətinə ehtiyacınız varsa...”

İlon Maskın keçmiş sevgilisi Eşli Kler “Tesla”-nın qurucusu ilə ictimai mübahisəsindən sonra Prezident Donald Trampla əlaqə saxlayıb. 

Mask və ABŞ Prezidenti arasında gərginliyin artması fonunda Kler vəziyyəti ironiya ilə şərh edib: "Ey DonaldTrump, ayrılıqla bağlı məsləhətinə ehtiyacınız varsa, mənə bildirin".

Milyarder Trampın təklif etdiyi büdcəni kəskin tənqid etdikdən və həmçinin onun köməyi olmadan 2024-cü il prezident seçkilərində uduzacağını dedikdən sonra Mask və Tramp yollarını ayırıblar. 

"Mən olmasam, Tramp uduzardı. Demokratlar Nümayəndələr Palatasına, respublikaçılar isə Senatda cəmi 51 yerə sahib olardılar. Belə bir nankorluq", - Mask sonradan silinən paylaşımında yazıb.

Kleri dünyaya gətirib. Aprel ayında  “The Wall Street Journal”-a deyib ki, milyarder ona atalığı barədə susmaq üçün 15 milyon dollar, həmçinin uşağın 21 yaşı tamam olana qədər aylıq 100 min dollar ödəmə təklif edib. Kler oğlunun özünü “sirr” kimi hiss etməsini istəmədiyi üçün puldan imtina etdiyini deyib.

Xəzər
“Cebheinfo.az”