Tokayev BMT-ni islahatlara ÇAĞIRDI

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin, o cümlədən Təhlükəsizlik Şurasının strukturunda islahatların aparılmasına çağırış edib.
APA xəbər verir ki, Qazaxıstan lideri bu “The Hill” nəşrinə müsahibəsində deyib.
Dövlət başçısı daimi beş üzv olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən başqa digər ölkələrin də səsvermədə iştirakının vacibliyini bildirib.
Tokayev bu prosesə dəyişiklik edilməsini istəyib.
Qazaxıstan lideri qeyd edib ki, yalnız bu yolla BMT mövcud regional çağırışlarla daha effektiv mübarizə apara biləcək.
Dünyanın üzləşdiyi əsas təhlükələr arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahını sayıb.
"Cebheinfo.az"