Serdar Aziz "Fənərbağça"nı üçüncü liqa klubuna dəyişir

Serdar Aziz "Fənərbağça"nı üçüncü liqa klubuna dəyişir

"Fənərbağça"nın futbolçusu Serdar Azizin yayda klubla müqaviləsi başa çatır.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə yetirməsi olduğu "Bursaspor" maraqlanır. "Timsahlar" növbəti mövsüm yenidən Türkiyə 3-cü liqasında çıxış edəcəklər.

S.Aziz cari mövsüm "Fənərbağça"nın heyətində bir oyuna belə çıxmayıb.

O, daha öncə 2008-16-ci illər arasında "Bursaspor"da çıxış edib.

"Cebheinfo.az"